UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Komandlarımızdan “Sumqayıt” artıq mübarizəyə qoşulub. Ayxan Abbasovun komandası Serbiyada “Çukariçki!” futbolçuları ilə üz-üzə gəlib. Favorit sayılan meydan sahibləri ilk dəqiqələrdən ardıcıl hücumları ilə diqqət çəkib. Elə fasiləyədək Serbiyalıların 10 küncdən zərbə imkanı qazanması matçın gedişatından xəbər verirdi. İnamlı oyunu ilə yadda qalan qapıçımız və müdafiəçilərimiz fasiləyədək istəklərinə nail ola biliblər. İlk hissədə qol olmayıb. “Sumqayıt” futbolçuları əllərinə düşən azsaylı hücumlardan yararlana bilməyiblər. Meydan sahibləri ikinci yarıda təzyiqi artırıblar. Qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmalarına baxmayaraq sonadək hesab açılmayıb. Beləliklə, səfərdə qolsuz heç-heçə edən “Sumqayıt” ümidini cavab görüşünə bağlayıb. Bu qarşılaşma iyulun 29-da Sumqayıtda olacaq